Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın 4 fubolçusu UEFA Avropa Liqasının əsas mərhələsinin VII həftəsində "Lion"la matçı buraxacaq.
Apasport.az xəbər verir ki, hələ də zədəli olan Ceydon Ostervolde, Rodriqo Bekao və Dominik Livakoviçdən başqa, "Atletik"lə matçda qırmızı vərəqə alan Mert Müldür də bu görüşdə meydana çıxa bilməyəcək.
Zədəsi səbəbindən bir müddət komandadan uzaq düşən İsmail Yüksekin durumu qeyri-müəyyəndir.
Filip Kostic, Levent Mercan, Oğuz Aydın və Bartuğ Elmaz UEFA-nın heyətində olmadığı üçün matçın heyətində olmayacaq.
Həmçinin "sarı-lacivərdlilər"in 5 futbolçusu sarı vərəqə limitindədir.
Brayt Osayi-Samuel, İsmail Yüksek, Sofyan Amrabat, Allan-Sen Maksimen və Edin Ceko sabah keçiriləcək qarşılaşmada vərəqə alsalar, "Midtyulland"la səfər matçında oynaya bilməyəcəklər.
Qeyd edək ki, "Fənərbaxça" - "Lion" qarşılaşması sabah Bakı vaxtilə 21:45-də start götürəcək.
- Nadir Nəbiyev: "Nəticədən asılı olmayaraq De Byazi ilə yeni müqavilə bağlanmayacaq" - Eksklüziv
- İki klub əfsanəsi "Borussiya"nı tərk edə bilər
- Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- “Qalatasaray”ın yeni transfer hədəfi: 55 milyon avro
- Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib