“Liverpul” Aleksi satır
14.01.2023 - 10:24
Aleks Oksleyd-Çemberlen “Liverpul”la müqaviləni uzatmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq anlaşmanın yeniləməməyə qərar verib.
O, klubunu dəyişmək niyyətindədir. Mersisaydlılar futbolçunu yayda azad agent kimi itirməmək üçün yanvarda satmağa razıdır. Artıq bir neçə klubu Aleksi almaqda maraqlıdır. “Liverpul” da bu imkandan qazanmağı planlaşdırır.
Qeyd edək ki, Oksleyd-Çemberlen 2017-ci ildən mersisaydlıların formasını geyinir.
- “Beşiktaş” Cengiz Ünderlə bağlı qərarını verib
- Konfrans Liqası: 29 oyunla yekun
- “Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
- “Cəbrayıl”da nə baş verir? - Klubun 90 faizinin maaşları kəsilib
- Elxan Məmmədov: "Beynəlxalq futbol və idman ictimaiyyəti “Qarabağ”dan danışır"
0
0