“Liverpul” Donyell Malenə elçi düşüb
29.09.2023 - 11:19

“Liverpul”un qış transferindəki əsas hədəfi açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, Mersisaydlılar Dortmund "Borussiya"sından Donyell Malenə elçi düşüb.
24 yaşlı forvardın oyununu yaxından izləyən Yurgen Klopp bu futbolçunun transferini rəhbərlikdən şəxsən xahiş edib. Almanlar niderlandlı forvardı 52 milyon funta satmağa hazırdırlar. Danışıqları davam etdirən Premyer Liqa klubu qiyməti aşağı salmağa çalışır.
Qeyd edək ki, 2021-ci ildən Dortmund “Borussiya”sının şərəfini qoruyan Malen bu mövsüm 7 matçda iştirak edərək 4 qol və 2 assistlə yadda qalıb.
- AVRO-2024: Serbiya son saniyədə 1 xal qazandı - YENİLƏNİB
- Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək
- “Qarabağ”ın kubok qaldıracağı oyunun biletləri satışa çıxarılıb
- Juninyo: "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi" - VİDEO
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib
0
0