“Liverpul” müdafiəçisini satdı
11.07.2022 - 13:54
Sağ cinah müdafiəçisi Neko Uilyams “Liverpul”dan “Nottingem Forest”ə keçib.
Apasport.az saytının məlumatına görə, uelsli futbolçu Premyer Liqanın debütantı ilə 4 illik müqavilə imzalayıb.
21 yaşlı oyunçunun transferi “Nottingem Forest”ə bonuslar daxil olmaqla 17,5 milyon funt sterlinqə başa gəlib. “Liverpul” həmçinin onun növbəti satış məbləğinin 15 faizini alacaq.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Neko Uilyams 9 yaşından bu klubda idi.
- "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik"
- Qurban Qurbanovdan rekord üçün növbəti cəhd və ya 4 fərqli final variantı
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Ölkə birinciliyinin qalibləri müəyyənləşdi
- Xabi Alonso dünya ulduzunu komandasında istəyir
0
0