“Liverpul” PSJ-nin yarımmüdafiəçisi Joao Neveşi transfer etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mersisayd klubu 21 yaşlı futbolçunu rekord məbləğ – 160 milyon avroya almağı nəzərdən keçirir. Bu keçid “Liverpul” tarixində ən bahalı transfer ola bilər.
Neveş cari mövsümdə PSJ-nin ən məhsuldar oyunçusu kimi fərqlənir. O, Fransa Liqa 1 və UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 6 qol vurub və parislilərin hücum xəttinin aparıcı fiqurlarından birinə çevrilib.
Portuqaliyalı yarımmüdafiəçinin PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- Anri Fransa millisində deyil, ABŞ-da işləmək istəyir
- “Mançester Yunayted”in arzuladığı hücumçu
- İdmançılarımızın Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib
- Kaxaber Tsxadadze: “Dayanmadan çalışmaq lazımdır”