"Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
04.06.2026 - 11:18
Bu gün "Liverpul"un yeni baş məşqçisi rəsmiləşəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, yaxın saatlarda klubla Andoni İraola arasında müqavilə imzalanacaq.
Tərəflərin iki illik sözləşmə bağlayacaqları bildirilir.
İspaniyalı mütəxəssis ötən mövsüm "Bornmut"u çalışdırıb. Onun rəhbərliyi altında komanda sezonu 6-cı pillədə başa vurub.
Qeyd edək ki, İraola bu postda Arne Slotu əvəzləyəcək.
- AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
- Voyislav Stankoviç: "Neftçi" yaxşı futbolçunu asanlıqla buraxır" - Müsahibə
- "Fənərbaxça"nın müdafiəçisi mövsümü başa vurdu
- Azərbaycan İslamiadada 7 boksçu ilə təmsil olunacaq
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
0
0