“Liverpul”da yeni müqavilə
06.06.2022 - 17:36
“Liverpul”da vitse-kapitan Ceyms Milnerin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi “qırmızılar”la müqaviləsini yeniləyib.
İngiltərə millisinin sabiq üzvü maaşının azaldılmasına razılıq verib və başa çatan sözləşməsini daha bir il uzadıb. Premyer Liqa klubunun baş məşqçisi Yurgen Klopp bu anlaşmadan məmnun qaldığını söyləyib. Milner üç klubdan təklif alsa da, ən böyük arzusunun karyerasını hazırkı komandasında başa vurmaq olduğunu açıqlayıb.
Qeyd edək ki, Ceyms Milner ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb.
- Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO
- Sergey Yakiroviç: "Rəqibi yaxşı analiz etmişdik"
- Gəncə klubu türkiyəli futbolçunu heyətinə qatıb
- Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
- “Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”
0
0