"Liverpul"un müdafiəçisi "Fənərbaxça"ya gəlir?
29.04.2026 - 17:44
“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, klubdan ayrılması gözlənilən şotlandiyalı futbolçu ilə “Fənərbaxça” yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu xəbər verib.
Onun sözlərinə əsasən, 32 yaşlı cinah müdafiəçisinin meneceri danışıqlar aparmaq üçün İstanbula dəvət olunub və futbolçuya ilkin (şifahi) təklif göndərilib. Lakin prezident seçkiləri ilə əlaqədar görüşlər müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, “Liverpul” Endryu Robertsonu 2017-ci ildə “Hall Siti”dən 8 milyon avroya transfer etmişdi.
- Ağasəlim Mircavadov: “Həyəcan keçirirəm, hirslənirəm ki...” - MÜSAHİBƏ
- Millimizin baş məşqçisi: “Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”
- "Bayer"dən "Fənərbaxça"ya - Yayda danışıqlar başlayacaq
- Mourinyo harada işləmək istədiyini açıqlayıb
- Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər
0
0