"Lokomotiv" fransız müdafiəçi ilə güclənəcək
27.01.2024 - 15:58
"Strasburq"un müdafiəçisi Gerzino Nyamsi karyerasını "Lokomotiv"də davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçunun transfer məbləği 3,5 milyon avro olacaq.
27 yaşlı fransız "dəmiryolçular"la 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayacaq. Nyamsi artıq Rusiya vizası alıb.
Bu mövsüm müdafiəçi "Strasburq"un heyətində 13 oyun keçirib və fərqlənə bilməyib.
"Transfermarkt" portalı fransalının dəyərini 5 milyon avro olaraq qiymətləndirib.
Qeyd edək ki, Nyamsi 2021-ci ilin yayından "Lokomotiv"in rənglərini qoruyur. O, əvvəllər “Renn”də çıxış edib.
- Norveç millisinin hücumçusuna İtaliyadan təkliflər
- Azərbaycan – İordaniya matçının vaxtı açıqlandı
- ACF gənc idmançılar arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb
- Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ
- Adrian Skarlatake: “Mutu "Neftçi"də də uğurlu ola bilər”
0
0