İspaniyalı mütəxəssis Xulen Lopeteqi Əlcəzair millisinin baş məşqçisi postuna namizədlərdən biridir.
Apasport.az xəbər verir ki, vaxtilə ölkəsinin milli komandasını da çalışdırmış 57 yaşlı məşqçinin işi Afrika ölkəsində bəyənilir.
Lopeteqi 2023-cü ilin avqustunda "Vulverhempton"dan ayrıldıqdan bəri işsizdir. O, “Sevilya”ya Avropa Liqasında qələbə qazandırıb, həmçinin, İspaniya millisi ilə 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatı və gənclər arasında qitə çempionatının qalibi olub.
Xatırladaq ki, Lopeteqidən öncə millinin baş məşqçisi postu Zinəddin Zidana təklif olunsa da, əslən Əlcəzairdən olan fransalı bu çağırışa mənfi cavab verib.
- Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşdi
- Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”
- “Barselona”ya 207,5 milyon avro qazandıran satış
- Qurban Qurbanov: "İlklərin dadı başqa olur" - MÜSAHİBƏ
- Latviya Virsliqasının prezidenti Peşəkar Futbol Liqasının qonağı olub