Luis Suares ən yaxşı “9 nömrə”ni açıqladı
03.10.2022 - 17:54
Uruqvay millisinin futbolçusu Luis Suares Mançester derbisinə biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Nasyonal”ın şərəfini qoruyan hücumçu “Mançester Siti” – “Mançester Yunayted” oyunu ilə bağlı rəy bildirib.
Suares “şəhərlilər”in 6:3 hesablı qələbəsinə üç qolla töhfə verən Erlinq Halandın paylaşımına yazdığı rəydə onu dünyanın ən yaxşı mərkəz hücumçusu adlandırıb: “Təbrik edirəm, dostum. Möhtəşəm oyun idi. Hazırda ən yaxşı “9 nömrə”.
Qeyd edək ki, Haland “Mançester Siti”də 11 oyunda 16 qol vurub.
- Çin millisinə yeni baş məşqçi təyin olunub
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Cüdo millimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub
- "Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq
- Sabiq futbolçu final haqda: “Məhsuldar oyun gözləmirəm”
0
0