Lukaku Ronaldonu ötdü
15.04.2025 - 08:55
Lukaku Ronaldonu ötdü

"Napoli"nin hücumçusu Romelu Lukaku A seriyasında vurduğu qolların sayına görə Kriştianu Ronaldonu ötüb.

Apasport.az xəbər verir ki, 31 yaşlı belçikalı “Empoli” ilə oyunun (3:0) qəhrəmanlarından biri olub – iki qol vurub və məhsuldar ötürmə edib.

Beləliklə, Lukaku A Seriyasında 82 qola imza atıb. O, bu göstəriciyə görə Ronaldonu qabaqlayıb (81). 

Xatırladaq ki, Kristiano Ronaldo 2018-2021-ci illərdə İtaliyada çıxış edib – o, “Yuventus”un şərəfini qoruyub.

Lukaku "Napoli"yə gəlməzdən əvvəl "Roma" və "İnter"də çıxış edib. Neapollu forvardın cari mövsümdə 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.