Lukakuya yeni müştəri
24.05.2023 - 14:02
Romelu Lukakunu heyətində görmək istəyən klubun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Aston Villa” belçikalı hücumçunu heyətinə qatmağı planlaşdırır.
Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “İnter”də çıxış edən 30 yaşlı forvardın transferini baş məşqçi Unai Emeri istəyib. İspaniyalı mütəxəssis Lukakunun “Aston Villa”nın hücum xəttini gücləndirəcəyi qənaətindədir.
Qeyd edək ki, Romelu A seriyasının 23 matçında 9 qol vurub.
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
- Yığmamızın Olimpiada üçün heyəti açıqlandı
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
- “Barselona” “Real”a rəqib oldu
- Rəşad Sadıqov: “Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı” - VİDEO
0
0