Lunyov Rusiya millisində
18.03.2024 - 14:57
"Qarabağ"ın qapıçısı Andrey Lunev Rusiya millisinin toplanışına gəlib.
Apasport.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi teleqram kanalında məlumat verilib.
Bu, rusiyalı qolkiper üçün son 2 il yarımda ilk çağırışdır.
Bu mövsüm Lunyov Azərbaycan yığmasının heyətində 25 oyun keçirib və bu oyunda 32 qol buraxıb. Rusiyalı 8 görüşdə qapını təmiz saxlayıb.
Qeyd edək ki, martın 21-də Rusiya yığması Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Martın 25-də Valeri Karpinin yetirmələri daha bir görüş keçirəcək. Rusiya millisi Paraqvay ilə qarşılaşacaq.
- "Sabah"ın Konfrans Liqasındakı rəqibi məğlub olub
- Gənclər və idman naziri: "Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək"
- "İnter" Braziliya millisinin üzvü ilə maraqlanır
- Braziliya və Kolumbiya milliləri qələbə qazanıb
- Böyükağa Ağayev: "Qarabağ” üçün Belçikada hər şey sıfırdan başlayacaq" - MÜSAHİBƏ
0
0