Mahir ehtiyatda qaldı, "Dinamo" qalib gəldi
04.12.2023 - 22:51
Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Slaven"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Xallarını 30-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən iki oyun az keçirib.
- Yüksək Liqa: Liderlər qarşı-qarşıya
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
- Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb
- "İrəvan"ı II Liqada bu klub əvəzləyəcək
- Qvardiolanın “Mançester Siti”dəki taleyi bəlli olub
0
0