Fransa prezidenti Emmanuel Makron futbol federasiyasının rəhbərliyində dəyişiklik olmasını istəyir.
Apasport.az saytının məlumatına görə, ölkə başçısı Mişel Platininin quruma rəhbər seçilməsinin tərəfdarıdır.
Makron artıq bununla bağlı Platini ilə də əlaqə saxlayıb. O, UEFA-nın sabiq prezidentinin Fransa Futbol Federasiyasının rəhbəri Noel Le Qreni əvəzləyə biləcəyi barədə fikirlərini soruşub.
Son günlər başı qalmaqaldan ayrılmayan Le Qrenin açıqlamaları Makronun da xoşuna gəlməyib. Bu üzdən o da Platinini dəstəkləyir.
Qeyd edək ki, 2007-15-ci illərdə UEFA prezidenti olan Platini FİFA-dakı korrupsiya ilə bağlı araşdırmalara görə vəzifəsindən azad edilib. O, öncə 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. Sonradan bu cəza 4 ilədək azaldılıb.
- “Liverpul”, “Arsenal”, yoxsa “Mançester Yunayted”?
- Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"
- Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə ilk yarımfinalçılar bəlli olub
- Krunoslav Renduliç: "Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir"
- Xabi Alonso dünya ulduzunu komandasında istəyir