Maksimin “Fənər”i tərk etdi
02.06.2025 - 17:36
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul klubunun mövsümün əvvəlində “Əl-Əhli”dən icarəyə götürdüyü Allan Sent-Maksimin komandanı tərk edib.
Bu barədə futbolçu özü açıqlama yayıb.
“Sarı-lacivərdlilər” vingerin müqaviləsində yer alan satınalma bəndindən istifadə etməyib.
Qeyd edək ki, 27 yaşlı fransalı bu mövsüm “Fənər”in heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 5 assistlə yadda qalıb.
- Radoslav Muravski “Qarabağ”a məğlubiyyəti biabırçılıq adlandırdı
- Sərbəst güləşçilərimiz Türkiyədə hazırlıq keçəcəklər
- “Qarabağ”ın siyahısında yeni futbolçu - Kadis
- DÇ-2026-da ilk əlavə vaxt - Almaniya və Paraqvay 90 dəqiqəyə "sığmadı"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0