Malen "Aston Villa" yolunda
02.01.2025 - 21:58
"Aston Villa" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Dortmund "Borussiya"sının futbolçusu Donyell Malenlə maraqlanır.
Lakin Almaniya təmsilçisi bu təklifi rədd edib. Buna baxmayaraq, oyunçunun özü Premyer Liqaya keçməyə müsbət yanaşır.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Malen bu mövsüm 20 matçda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
- "Şamaxı"da növbəti ayrılıq yaşandı
- Rafinya Kimdir? "Bavariya"ya Qarşı Het-Trik Edən 4-cü Hücumçu
- Elşad Quliyev: “Meydançada can qoymalısan ki, qələbə qazanasan”
- 6 idmançımız Konstantin Korotkov Memorialında iştirak edəcəklər
- Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da
0
0