“Mançester Siti” Qvardiolu rekord məbləğə aldı
05.08.2023 - 17:39
“Mançester Siti” yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, komanda “Leyptsiq”dən Yoşko Qvardiolun transferinə 90 milyon avro ödəməklə müdafiəçilər arasında yeni rekord müəyyənləşdirib.
Artıq almanlarla danışıqları tamamlayan Premyer Liqa klubu xorvatiyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb. 21 yaşlı futbolçu yaxın günlərdə komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, karyerası ərzində 155 matça çıxan Yoşko 9 qol və 7 assistlə yadda qalıb.
- İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
- “Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşdi
- Güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsini 4 medalla başa vurub
- “Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO+VİDEO
0
0