“Mançester Siti”də yeni rekordçu
                    
                    03.10.2022 - 11:16
                        
                    
                    Kevin de Bruyne “Mançester Siti”nin tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi assist sayında “şəhərlilər”in rekordçusu olub.
O, sabiq komanda yoldaşı David Silvanı keçib. Kevin “Mançester Yunayted” üzərində qələbəyə (6:3) iki məhsuldar ötürmə ilə töhfə verib. Onun hesabındakı assistlər 94-ə çatıb.
Belçikalı buna 218 oyunda nail olub. 93 məhsuldar ötürmə edən David 309 matç keçirib.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm 1 qol və 8 assistə imza atıb.
 
- Məhəmməd Abdullayev Avropa Oyunlarında yarımfinalda - FOTOLENT
 - Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir
 - Karlos Allos: "Azərbaycanla oyun daha çətin oldu"
 - “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
 - “Barselona”nın futbolçusu avtomobillə azarkeşin üstünə çıxdı
 
                                
                                0
                                
                                0