"Mançester Siti"dən Uolker qərarı
04.09.2023 - 12:22

"Mançester Siti" daha bir futbolçusu ilə müqavilənin müddətini artıracaq.
Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” tezliklə müdafiəçi Kayl Uolkerlə yeni razılaşma imzaladığını elan edəcək.
34 yaşlı ingilis futbolçu 2026-cı ilin yayına qədər komandada qalacaq. Arxa xətt oyunçusunun bu yay "Bavariya"ya keçəcəyi gözlənilsə də, o, Premyer Liqanın son çempionunun heyətində çıxış etməyə üstünlük verib.
Qeyd edək ki, Uolker 2017-ci ildən mançesterlilərin şərəfini qoruyur. Oyunçunun komandası ilə anlaşmasının müddəti gələn ilin yayına kimi nəzərdə tutulmuşdu.
- Mehdi Hüseynzadə adına stadionda işıqlandırma ilə bağlı işlər tamamlandı
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- Azərbaycan idmançıları dünya reytinqində GERİLƏDİ
- Estoniya öz meydanında böyükhesabla məğlub oldu
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
0
0