“Mançester Siti”nin 60 milyonluq təklifi rədd edildi
18.05.2022 - 14:58
“Mançester Siti” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in bu keçid üçün ilk cəhdi uğursuz alınıb.
Premyer Liqanın lideri 23 yaşlı oyunçu müqabilində italiyalılara 60 milyon avro təklif edib. Lakin “neradzurra” məsələni müzakirəyə çıxarmadan rədd cavabı verib. “İnter” oyunçusunu saxlamaq fikrindədir. Ancaq ingilislərin məbləği artırması rəhbərliyin qərarını dəyişə bilər.
Qeyd edək ki, Alessandro Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir.
- Ferstappendən Belçikada dubl
- Millimizin üzü: "Qrupun favoritinə qarşı oynayacağıq"
- Güləşçilərimiz reytinq turnirini 12 medalla tamamladı
- "Qarabağ" böyükhesablı qələbə qazandı - YENİLƏNİB
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
0
0