"Mançester Yunayted" "Barselona"nın ulduz hücumçusunu hədəfləyib
25.06.2024 - 15:48

Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" hücum xəttini gücləndirmək istəyir.
Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, portuqaliyalı forvard Joao Feliks "qırmızı şeytanlar"ın diqqət mərkəzinə düşüb.
Ötən mövsüm 24 yaşlı hücumçu "Barselona"da icarə əsasında çıxış edib.
O, La Liqada 30 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Feliksin tam müqaviləsi "Atletiko Madrid"ə məxsusdur.
“Atletiko” hücumçuya 50 milyon avro təklif edilərsə, onunla ayrılmağa hazırdırlar.
- Omar Hani: "Bütün futbolçular “Qarabağ” və “Neftçi”də oynamaq istəyər"
- Brazilya millisinin üzvü ərəblərin radarında
- Bir zamanların ulduz futbolçusu vətənə qayıdıb
- Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
- Beynəlxalq yarışda ölkəmizi təmsil edəcək triatlonçular bəlli olub
0
0