“Mançester Yunayted” onunla danışıqlara başladı
                    
                    17.04.2023 - 12:01
                        
                    
                    “Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” “Monako”dan 25 yaşlı müdafiəçi Aksel Disasini almaq üçün danışıqlara başlayıb.
Fransa klubu müqaviləsi 2025-ci ildə bitəcək Disasinin yayda satılmasına qarşı deyil. “Transfermarkt” saytı futbolçunun qiymətini 25 milyon avro olaraq açıqlayıb.
Qeyd edək ki, 2020-ci ildən “Monako”nun şərəfini qoruyan Aksel Disasi bu mövsüm 42 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
                                
                                0
                                
                                0