"Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdığını açıqladı
22.11.2022 - 21:52
"Mançester Yunayted" portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ilə yollarını ayırıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
"Qırmızı şeytanlar" xidmətlərinə görə 37 yaşlı forvarda təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, son günlər "mankunianlar"ı sərt tənqid etdiyinə görə gündəmdə olan Kriştiano Ronaldo "Mançester Yunayted"in heyətində 346 oyunda 145 qol vurub.
- Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO
- III MDB Oyunları: Badmintonçularımız yarımfinalda
- “Sumqayıt" heyətini amerikalı legionerlə gücləndirib
- Rumıniya - Niderland matçının ən yaxşısı
- Ramin Quliyev: "Heç kim Premyer Liqadan düşməsin, əksinə, klubların sayı artsın" - MÜSAHİBƏ
0
0