“Mançester Yunayted” yeni baş məşqçi axtarır
27.09.2024 - 12:58
“Mançester Yunayted”in rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı əvəzləməyi ciddi şəkildə düşünür.
Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, ingilislər yeni baş məşqçi axtarışlarına başlayıb.
Ten Haqın işdən çıxarılması zaman məsələsidir. “Qırmızı şeytanlar” yeni məşqçi ilə bağlı qərar vermək istəyir, ondan sonra niderlandlı çalışdırıcının taleyinə aydınlıq gələcək.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb. Komanda 5 turdan sonra 7 xalla turnir cədvəlində 11-ci yerdədir.
- “Ayntraxt”ın kapitanı: “Bizi qarşıda vacib oyun gözləyir”
- “Sabah”ın sabiq məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu
- Nuri Şahinin yerinə o gəldi: "Borussiya"da məşqçi təyinatı
- Kamran Quliyev Emin Mahmudov məsələsinə aydınlıq gətirdi
- Elmira Aslanova və Vəfa Musayeva bir arada: Everest fatehləri
0
0