“Mançester Yunayted” yeni baş məşqçi ilə anlaşıb
29.10.2024 - 14:58
“Mançester Yunayted” “Sportinq”in baş məşqçisi Ruben Amorimlə anlaşıb.
Apasport.az xaric KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la portuqaliyalı mütəxəssis arasında danışıqlar demək olar başa çatıb. Tərəflər bütün əsas detalları müzakirə ediblər, razılaşdırılmalı olan bir neçə yekun məqam qalıb.
Amorim elə indidən işə başlamağa hazırdır, lakin kluba hörmət edərək, “Sportinq”ə təzyiq etməyəcək. Ona görə də, Portuqaliya klubu yeni məşqçi tapana qədər keçid yubanacaq.
“Mançester Yunayted” niderlandlı çalışdırıcı Erik ten Haqı istefaya göndərdiyini dünən rəsmən açıqlayıb.
- PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib
- Valdas Dambrauskas: “Səfərdə qazanılan 3 xal bizi sevindirir"
- “Qarabağ”dan növbəti rahat qələbə - YENİLƏNİB
- Azərbaycan milliləri mövqeyində qaldı, Türkiyə zirvəyə yüksəldi
- Murad Musayev: “Krasnodar”da rublla alırdım, Azərbaycanda dollarla”
0
0