“Mançester Yunayted”də yeni müqavilə
04.04.2023 - 13:34
“Mançester Yunayted” futbolçusu Lük Şou ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
28 yaşlı müdafiəçi ilə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. İngiltərə millisinin üzvü 2014-cü ildə “Sauthempton”dan transfer olunub.
Qeyd edək ki, Şou cari mövsüm Premyer Liqanın 23 matçında 1 qol vurub.
- "Zirə"nin avrokuboklardan əldə etdiyi gəlir bəlli oldu
- Cüdoçularımız komanda yarışlarında mübarizəni dayandırıb
- Azərbaycanlı hakim Avropa kubokunda görüşləri idarə edib
- “Turan Tovuz”un kapitanı: "İstəyərik ki, mükafatçılar sırasına düşək" - Müsahibə
- “Atletiko”da ciddi itki - Alvarez məşqdə zədələndi
0
0