"Mançester Yunayted"ə qvineyalı hücumçu
01.12.2023 - 15:16

"Mançester Yunayted" hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Mançester klubu "Ştutqart"ın hücumçusu Sexru Quirassiyə elçi düşüb.
“Qırmızı şeytanlar” 27 yaşlı qvineyalı futbolçunun oyununu diqqətlə izləyir. “Mankunyanlar” forvardı mövsümün sonunda transfer etməyin yollarını araşdırır. Afrikalı futbolçunun transferi dəyərinin 17,5 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, bu mövsüm Bundesliqada 10 matça çıxan Quirassi 15 qol və 1 assistlə yadda qalıb.
- Tərlan Əhmədov: "Qarabağ" ilk oyunda rəqibinə qarşı saymazlıq etdi" - Açıqlama
- "Barselona"nın hücumçusu Ronaldonun komandasına keçə bilər
- "Real"dan skandal Arda Güler qərarı
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə
- Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"
0
0