“Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib
18.01.2025 - 09:48
“Mançester Yunayted”in və Şotlandiya millisinin sabiq futbolçusu Denis Lou vəfat edib.
Apasport.az xəbər verir ki, keçmiş oyunçu 84 yaşında dünyasını dəyişib.
Lou “Mançester Yunayted”də 404 oyunda 237 qol vurub və klub tarixinin bombardirləri sırasında 3-cü sıradadır.
Denis Şotlandiya yığmasında 55 oyunda 30 qola imza atıb. O, 1964-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilib və “Qızıl top” mükafatını qazanıb.
- "Sabah" Litvada qələbə qazanıb
- Hayqıran 80 min "qurd", "Sən çağırsan gələrəm mən" - 30 milyonluq ORDU
- Şəfəq Hüseynlinin rəhbərlik etdiyi komitənin növbəti iclasına Strasburq ev sahibliyi etdi
- Ceyhun Sultanov: "Samir Abasov sarğını Emin Mahmudova qaytaracaq"
- “Araz” “Sumqayıt” səfərindən əliboş qayıdır - YENİLƏNİB
0
0