“Mançester Yunayted”in hücumçusu İtaliya yolunda
15.05.2025 - 11:57
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “İnter” maraqlıdır.
Zirkzenin Milan klubuna mümkün keçidi 35 milyon avro qiymətləndirilir. “Bolonya”nın sabiq forvardının hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Niderlandlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxaraq, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Daviti Çivçivadze: “Assist çox olanda xal da çox olur”
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- “Fənərbaxça”dan evdə, “Beşiktaş”dan səfərdə qələbə
- Toral Bayramov: “Məncə, qələbənin vaxtı gəlib”
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
0
0