
“Mançester Yunayted”in “qara siyahısı” bəlli olub.
Apasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Erik ten Haq mövsümün sonunda 7 futbolçunu heyətində görmək istəmir.
“Qırmızı şeytanlar”ın çalışdırıcısının ən çox narazı olduğu böyük ümidlərlə transfer edilən 23 yaşlı Ceydon Sançodur. İngilis hücumçu 2023-cü ildə cəmi 5 dəfə start heyətində yer alıb.
Ondan başqa, Harry Maquayr, Brendon Uilyams, Aleks Telles və Entoni Martialın da Mançester klubunu tərk edəcəyi bildirilir.
Fransa "Marsel"indən icarəyə götürülən Erik Bayinin icarə müddətinin uzadılmaması planlaşdırılır.
Qapıçı Din Hendersonun da satılması gündəmdədir. Hazırda icarə əsasında "Nottinqem Forest"in şərəfini qoruyan 26 yaşlı ingilis futbolçunun geri qaytarılmayacağı gözlənilir.
- “Arsenal”dan minimalhesablı qələbə
- “Neftçi” – “Sabah” oyununun vaxtı açıqlandı
- “Zirə” - “DAK 1904” matçının biletləri bu tarixdən satışa çıxarılacaq
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- "Arsenal" İngiltərə millisinin qolkiperini ala bilər