Mançini Premyer Liqaya qayıda bilər
19.10.2025 - 16:48

İtaliyalı mütəxəssis Roberto Mançini İngiltərədə işləyə bilər.
Apasport.az xəbər verir ki, “Nottingem Forest” klubu Mançinini baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Fabrizi Romano məlumat yayıb. Premyer Liqa klubunun nümayəndələri 60 yaşlı mütəxəssislə danışıqlara başlayacaq.
“Nottingem Forest” ötən gün baş məşqçi Ange Postekoqlu ilə yollarını ayırıb.
Son olaraq Səudiyyə Ərəbistanı yığmasında işləyən Mançini hazırda işsizdir.
0
0