Mane zədələndi
09.11.2022 - 10:07
“Bavariya”nın futbolçusu Sadio Mane zədələnib.
Apasport.az saytının məlumatına görə, Seneqal millisinin hücumçusu DÇ-2022-nin startına iki həftə qalmış xoşagəlməz durumla üzləşib.
30 yaşlı futbolçu “Verder”lə qarşılaşmada (6:1) xəsarət alıb. O, Bundesliqanın XIV turunun görüşünün 15-ci dəqiqəsində dizini tutaraq yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, onun heyətində olduğu Seneqal millisi mundialın A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.
- Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirəm" - Müsahibə
- Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
- Avropa çempionatı: Güləşçilərimiz son gündə qızıl üçün yarışacaqlar
- İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıblar
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
0
0