Portuqaliya millisinin baş məşqçisi Roberto Martines karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl-Nəsr”lə danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanı klubu Jorje Jezuşun ayrılığından sonra yeni baş məşqçi axtarışındadır. Roberto Martines bu posta əsas namizədlərdən hesab olunur.
Martinesin Portuqaliya Futbol Federasiyası ilə müqaviləsi dünya çempionatından sonra başa çatacaq. 52 yaşlı mütəxəssis 2023-cü ilin yanvarından Portuqaliya millisini çalışdırır.
Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Jorje Jezuşun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionu olub. Portuqaliya millisi isə DÇ-2026-nın K qrupunda ilk turda DR Konqo ilə 1:1 hesablı heç-heçə edib. Roberto Martinesin komandası növbəti oyununu iyunun 23-də Özbəkistana qarşı keçirəcək.