Martinezin son durumu müəyyənləşib
13.01.2025 - 13:17
İspaniya Superkubokunun “Real Madrid”lə keçirilən final oyununda zədələnən “Barselona”nın futbolçusu İniqo Martinezin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Xavi Migel məlumat verib. Onun sözlərinə görə, müdafiəçi ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, İniqo Martinez bu mövsüm Kataloniya təmsilçisinin heyətində 27 matçda meydana çıxıb.
- "Azərreyl" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək
- Sərbəst güləş millimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- “Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək
- I Liqa klubunda 3 ayrılıq - RƏSMİ
0
0