Mbappe "el-klassiko"da iştirak edəcək?
22.04.2025 - 15:03
“Real Madrid”in hücumçusu Kilian Mbappe tezliklə meydanlara qayıdacaq.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, fransalı forvard La Liqada “Xetafe” ilə matçı buraxsa da, İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşmada iştirak edə biləcək.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab matçında topuğundan zədələnmişdi.
O, bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona” - “Real” oyunu aprelin 26-da keçiriləcək.
- İdmançımız Avropa birinciliyinin qalibi olub
- Ronaldo, İsko, Asensio, Bellinqem... – “Real”da tarix yazanlar
- “Araz Naxçıvan” legionerlərindən narazıdır: Bukviçdən sonra o da gedir
- UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
- Junior Martins: "Zirə"nin titul qazanmağa gücü çatacağına inanıram" - Müsahibə
0
0