Mbappe Fransa millisinə çağırılmayacaq
03.10.2024 - 16:29
"Real"ın hücumçusu Kilian Mbappe oktyabrda keçiriləcək təlim-məşq toplanışına çağırılan Fransa millisinin futbolçuları siyahısında olmayacaq.
Apasport.az "Lequipe"ə istinadla xəbər verir ki, Didye Deşam "Real Madrid"lə razılaşaraq futbolçunu çağırmayacaq.
Kapitan Madriddə qalacaq və formasını bərpa etməyə çalışacaq.
Xatırladaq ki, Mbappe “Alaves”lə oyunda zədələnmişdi. Futbolçu “Atletiko”ya qarşı derbini buraxıb, lakin Çempionlar Liqasında “Lill”ə qarşı oynayıb.
Qeyd edək ki, Fransa millisi oktyabrda Millətlər Liqasında İsrail və Belçika ilə qarşılaşacaq.
- Cenk Tosun “Beşiktaş”da qalmaq istəmir
- Belçika Millisinin qapıçısı Premyer Liqa klubunda
- "Tottenhem" "Sportinq"in ispan futbolçusu ilə razılığa gəldi
- Azərbaycanın güləş yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
0
0