Mbappedən yeni rekord
09.02.2025 - 10:15
"Real Madrid"in hücumçusu Kilian Mbappe “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı forvard “Atletiko” ilə matçın ikinci hissəsində hesabı bərabərləşdirərək bu həddə çatıb.
Həmin yaşda Neymar 492, Lionel Messi 486, Kristiano Ronaldo isə 302 xalla yadda qalıb.
Bu mövsüm fransalı 34 matçda 22 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı sülhlə yekunlaşıb və "Real" turnir cədvəlindəki liderliyini qoruyub.
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri bəlli olub
- Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
- Dövlət başçısı: “Görürdüm ki, bəzi federasiyalarda nəticələr əldə edilmir”
- "Vulverhempton"un hücumçusu "AYNTRAXT"DA
0
0