Məğlubedilməz “Bayer”
02.11.2023 - 17:14
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi Leverkuzen “Bayer”i məğlubiyyətsizlik seriyasına imza atıb.
Apasport.az xəbər verir ki, Almaniya klubu bu mövsüm keçirdiyi 14 matçın heç birində məğlub olmayıb.
Xabi Alonsonun yetirmələri bu matçlarda 13 qələbə və 1 heç-heçəyə nail olub. Komanda Almaniya kubokunun 2-ci turunda səfərdə "Sandhauzen"i 5:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bundesliqanın turnir cədvəlinə başçılıq edən “Bayer” ən yaxın rəqibi olan “Bavariya”nı 2 xal qabaqlayır.
- Mundialda yarımfinal matçlarının VAXTI
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
- Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”
- Ronaldodan pley-off qolu
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
0
0