Türkiyədə məhkəmə mərc oyunlarına görə saxlanılan "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları ilə bağlı qərar verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, məhkəmə “Qalatasaray”ın futbolçusu Metehan Baltacı və “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşı həbsdə saxlayıb.
Qeyd edək ki, onların həbs müddəti bu gün başa çatırdı.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.
Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.
- Lukman addım-addım “Fənərbaxça”ya - RAZILAŞMA ƏLDƏ OLUNUB
- Azərbaycan millisi Xorvatiya yığması ilə üz-üzə
- Mahir Emreli: "Azərbaycanlılar Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"
- Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar
- "Zirə"nin potensial rəqibi müəyyənləşib - "Sumqayıt"ın intiqamını almaq şansı