Melo oğlu ilə komanda yoldaşı oldu
07.12.2023 - 18:17
Felipe Melo oğlu ilə eyni komandada çıxış edəcək.
Apasport.az xəbər verir ki, 38 yaşlı veteran futbolçunun oğlu Davi Melo “Fluminense” klubu ilə müqavilə imzalayıb.
Bununla da gənc futbolçu atası ilə birgə meydana çıxmaq şansı qazanıb. Braziliya klubu ilə 1 illik razılaşması olan ata Melo yeni mövsümdən oğlu ilə eyni komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, İtaliyada “İnter”, “Fiorentina, “Yuventus”, Türkiyədə isə ”Qalatasaray”ın şərəfini qorumuş Melo 2022-ci ildən “Fluminense”dədir.
- İslam Maxaçev "NEFTÇİ" FORMASINDA - VİDEO
- Saşa İliç: “Təlim-məşq toplanışı gənc oyunçulara təcrübə qazandırdı”
- Rüfət Quliyev: "Bunun özü də təzyiqdir və futbolçulara təsir edir"
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- "Neftçi" "33"-də dayandı: Əbədi seriyaya son
0
0