Memfis Depay Braziliya klubunda
                    
                    10.09.2024 - 11:51
                        
                    
                    Braziliya klublarından "Korintians" Memfis Depayı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya klubunun verdiyi açıqlamada Depay ilə 31 dekabr 2026-cı ilə qədər müqavilə imzalandığı bildirilib.
PSV-nin aşağı yaş qrupunda yetişən futbolçu “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko Madrid” klublarında çıxış edib.
Hollandiyalı mərkəz hücumçusu ötən mövsüm "Atletiko"nun heyətində 31 matçda iştirak edib, 9 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
 - Sloveniya Danimarka matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
 - “Liverpul” “Siti”ni də məğlub edib
 - Avropa Oyunları gündəliyi: Mübarizəyə START
 - Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
 
                                
                                0
                                
                                0