“Çelsi”nin qapıçısı Eduard Mendi Çempionlar Liqasının (ÇL) finalında dəstəkləyəcəyi komandanı açıqlayıb.
Apasport.az saytının məlumatına görə, seneqallı qolkiper həmyerlisi Sadio Manenin formasını geyindiyi “Liverpul”un həlledici qarşılaşmada “Real”a qalib gəlməsini arzulayır.
O, məhz Maneyə görə Premyer Liqadakı rəqiblərinin ÇL-i qazanmasını istədiyini bildirib:
“Sadionun Çempionlar Liqasını qazanmasını istəyirəm. O, “Qızıl top” uğrunda mübarizədə müstəsna mövsüm keçirir. Çempionlar Liqasının nəticəsi həlledici olacaq. Sadio əsas rəqibi Kərim Benzema ilə üz-üzə gələcək. Kim qalib gəlsə, “Qızıl top” şanslarını xeyli artıracaq.
Benzema dünyanın ən yaxşı hücumçularından biridir. O, uzun illərdir yüksək səviyyədə oynayır və indi əldə etdiyi hər şeyə layiqdir”.
Qeyd edək ki, “Liverpul” – “Real” oyunu mayın 28-də Parisdə keçiriləcək.
- “Olimpiakos” və “Zirə”nin sabiq futbolçusu: “Hayduk”u keçmək çətin olacaq“
- DÇ-2022: Argentina və Uruqvayın ƏT PLANI
- Regekampf: “Qarabağ”la matça xüsusi hazırlıq keçməyə lüzum görmürəm" - MÜSAHİBƏ
- Kostyuk “Qarabağ”dan danışdı – “Bu, oyunu daha da maraqlı edir”
- Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”