"Qalatasaray"ın belçikalı futbolçusu Dris Mertens peşəkar futbolçu karyerasını bitirdikdən sonra Türkiyə klubunda çalışmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
37 yaşlı futbolçunun bir neçə variantı var.
Bunlardan ilki komandada qalmaq və məşqçilik karyerasına başlamaqdır. Futbolçu Okan Burukun heyətinə qoşularaq məşqçilik təcrübəsi qazanmaq istəyir.
İkinci variant isə "Qalatasaray"ın skautlarına qoşulmaqdır. O, əlaqələrindən istifadə edərək “cimbom”a yeni istedadlar qazandırmaq arzusundadır.
Sonuncu seçim isə dünyanın bir sıra ölkələrində "Qalatasaray" məktəbləri açmaqdır.
Qeyd edək ki, Mertens bu mövsüm "sarı-qırmızılı" forma ilə 42 matça çıxıb, 5 qol, 18 asistlə yadda qalıb.
- İngiltərə klubu Qabon millisinin futbolçusunu transfer etdi
- Yığmamıza hazırlıq Tomaşevskiyə tapşırıldı
- Krunoslav Renduliç: "Bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən"
- Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”