Braziliyanın “San-Paulu” klubunun yarımmüdafiəçisi Oskar karyerasını bitirmək qərarına gəlib.
Apasport.az ESPN istinadən xəbər verir ki, 34 yaşlı futbolçu səhhətində yaranan problemlər səbəbindən peşəkar futboldan ayrılacağını yaxın ətrafına bildirib.
Mənbənin iddiasına görə, “San-Paulu” rəhbərliyi yaxın günlərdə Oskarla görüşərək onun gələcək planlarını dəqiqləşdirmək niyyətindədir. Klub həmçinin futbolçuya struktur daxilində vəzifə təklif etmək seçeneini də müzakirə edir.
Bildirilib ki, klub Oskara hər hansı son tarix qoymayıb və ona karyera qərarı verməsi üçün istədiyi qədər vaxt tanıyıb.
Xatırladaq ki, Oskar noyabrın 11-də məşq mərkəzində planlı tibbi müayinə zamanı huşunu itirib. Daha sonra ondakı ürək problemi aşkarlanıb.
Qeyd edək ki, Oskar 2012–2017-ci illərdə “Çelsi”nin heyətində çıxış edib və London təmsilçisi ilə İngiltərə Premyer Liqasının çempionu olub.
- Taekvondo üzrə yeniyetmələrdən ibarət millimiz toplanışa başlayıb
- Levandovski gələn il futbolçu karyerasını başa vura bilər
- "Qarabağ" avrokuboklardan qazandığı məbləğə görə 47-cidir
- "Mançester Siti"dən böyükhesablı qələbə, Madrid derbisində sülh
- Rahid Əmirquliyev: "Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik"