Messi 900-ə çatdı
19.03.2026 - 11:21
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına çıxıb.
Apasport.az xəbər verir ki, komanda “Neşvill”lə qarşılaşıb.
İlk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də qalib müəyyənləşməyib – 1:1. Lakin “Neşvill” səfər qolu qaydasına əsasən mərhələni adlayıb.
“İnter Mayami”nin yeganə qolunun müəllifi Lionel Messi üçün isə bu oyun əlamətdar olub. Belə ki, 38 yaşlı superulduz futbol karyerasında 900-cü qoluna imza atıb.
- Lamiyə Vəliyeva dünya çempionatında finala yüksəlib
- Niderlandın baş nazirindən Baydenə cavab: "Futbol sokkerə qalib gəldi"
- “Qalatasaray” Batşuayi transferini açıqladı - RƏSMİ
- Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
- Stronqmen Federasiyası ötən il qazanılan medalların sayını açıqladı
0
0