
"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni uğura imza atıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı forvard cərimə zərbələrindən vurduğu qolların sayına görə "Barselona"nın sabiq futbolçusu Ronaldinyonu geridə qoyub.
O, MLS-in 15-ci turunda "Filadelfiya Union"la matçda (3:3) cərimə zərbəsindən gözəl qol vurub. Bu qol argentinalı futbolçunun cərimə zərbəsindən 67-ci qolu olub.
Messi futbol tarixində cərimə zərbəsindən ən çox qol vuran oyunçulardan biridir. O, Ronaldinyonu geridə qoyaraq 3-cü pilləyə yüksəkib. Yalnız Braziliya millisinin sabiq hücumçusu Pele (70) və “Lion”un keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano (77) daha yaxşı nəticəyə malikdir.
- Azərbaycan millisinin Portuqaliya ilə oyunlar üçün heyəti müəyyənləşib
- Aleks Souza: "Hamımız üçün oyunu davam etdirmək çətin idi"
- Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya ilə təltif olunub
- Azərbaycan savat millisi beynəlxalq turnirdə 4 medal qazanıb
- Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır