Messi yenə ən yaxşı seçildi: 5 matçda 4-cü dəfə
08.07.2026 - 01:01
Messi yenə ən yaxşı seçildi: 5 matçda 4-cü dəfə

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə oyunun ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, FIFA 39 yaşlı hücumçunu matçın ən yaxşı oyunçusu adına layiq görüb.

Messi Argentinanın 3:2 hesablı qələbə qazandığı görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu, Lionel Messinin DÇ-2026-da çıxdığı 5 oyunda 4-cü "Matçın oyunçusu" mükafatı olub.