PSJ-nin hücumçusu Lionel Messi həyatının ən çətin dönəmindən bəhs edib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz ötən mövsümü ən ağır il kimi xatırlayır.
O, “Barselona”dan Paris klubuna yeni keçdiyi üçün ora uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: “Ötən il mənim üçün çətin oldu. PSJ-yə keçmək böyük dəyişiklikdir, çünki eyni yerdə çox vaxt keçirmişdim. Barselona mənim evimdir, orada hər şeyi bilirdim. Ailəm də uyğunlaşmalı idi. Ancaq bu mövsüm fərqli olacağını bilirdim. İndi daha yaxşı vəziyyətdəyəm, oyunlardan həzz alıram”.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- Mundiallar tarixinin ən bol qollu oyunları - SİYAHI
- Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə
- Konfrans Liqası: "Fənərbaxça"nın rəqibi bəlli oldu - YENİLƏNİB
- Millimizin hücumçusu İsveçrədə 10-cu qolunu vurdu - FOTO